“Bizimki” gənc ədəbi e-jurnalında öz yazınızı çap olunanlar sırasında görmək istəyirsinizsə, əvvəlcə yazı qəbulu qaydalarımızla tanış olun:
1. Ümumi müddəalar:
1.1. “Bizimki.org” jurnalı ədəbi e-jurnal olub, müxtəlif səpgili, ədəbiyyat adına iddialı yazıların internetdə yayımı (nəşri) ilə məşğuldur.
1.2. Dəyərlər: e-jurnalımızda milli, mənəvi dəyərlərimizə zidd olan əsərlərin dərc olunması yolverilməzdir.
1.3. Açıqlıq: e-jurnal müəlliflərin yayım üçün göndərdiyi yazılarla əlaqədar müəlliflərlə əlaqə saxlayır və onları öz yazılarına münasibətdə baş verənlərlə məlumatlandırır.
1.4. Neytrallıq: e-jurnal hər hansı bir şəxsin, fikrin, ədəbi birliklərin təbliğinə şəxsi üstünlük vermir, siyasi prioritetlərlə idarə olunmur və əsas iş meyarı yazıların ədəbi keyfiyyətidir.
1.5. Qarşılıqlı əlaqə: e-jurnal internet auditoriyasının tələblərini və dəyərlərini nəzərə alır və onlarla qarşılıqlı ünsiyyəti özünün əsas inkişaf mənbələrindən biri hesab edir.
1.6. Fikir müxtəlifliyi: e-jurnal müxtəlif ideyaları dəstəkləyən yazılara yer ayırır və müəlliflərin fikri ilə Redaksiya Heyətinin fikirləri üst – üstə düşməyə bilər.
2. Yazıların qəbulu və saytda yerləşdirilməsi qaydaları:
2.1. Yazıların qəbulu qaydaları:
2.1.1. Yazılarınızı admin@bizimki.org adlı mail ünvanına göndərin.
2.1.2. Mətn daha öncə internetdə yayımlanmamalıdır. İnternetdə və ya qeyri-elektron dövri mətbuatda daha öncə dərc edilmiş, lakin ədəbi keyfiyyəti yüksək olan yazılar redaksiya tərəfindən istisna qaydasında “Bizimki” e-jurnalında yerləşdirilə bilər.
2.1.3. Mətnin müəllifi adını və soyadını, təxəllüs altında çap olunub-olunmamasından asılı olmayaraq, yazını göndərərkən redaksiyaya bildirməlidir.
2.1.4. Yazılarda ümumi qəbul olunmuş dil normalarından kənara çıxmalara yalnız onların yüksək ədəbi dəyəri açıq-aşkar olduğu (məs: yeni söz yaradılması) hallarda yol verilir.
2.1.5. Yazılar istənilən vaxt redaksiyaya göndərilə bilər. Müəllifə göndərdiyi yazı ilə bağlı (yayımlanması, qəbul olunmaması, nəşrinin təxirə salınması və s.) cavab yazının e-jurnalin elektron unvanina daxil oldugu tarixdən ən geci 14 (on dörd) təqvim günü müddətində verilir.
2.1.6. Yazılar Microsoft Word proqramında yığılmalı və dilimizin qrammatik qaydalarına uyğun olaraq, Azərbaycan şriftləri ilə yazılmalıdır.
2.2. Yazıların e-jurnalda yerləşdirilməsi qaydaları:
2.2.1. Mətnin jurnalın növbəti nömrəsində və ya digər konkret buraxılışında gedib-getməyəcəyini və mətnlərin jurnalda yerləşdirilmə ardıcıllığını Redaksiya Heyəti müəyyən edir.
2.2.2. Mətnlər Redaksiya Heyəti tərəfindən müəllifin üslubuna və mətnin ideyasına, əsas quruluşuna (süjet, istifadə edilən ədəbi fəndlər və s.) xələl gətirmədən redaktə oluna bilər. Mətnin redaktə olunmuş son yayım variantı yalnız müəlliflə razılaşdırıldıqdan sonra e-jurnalda yayımlanır.
2.2.3. Müəllifin fotosu, həqiqi adı və soyadı yalnız müəllifin razılığı ilə e-jurnalda açıqlana bilər.
3. Məsuliyyət və münaqişələrin həlli qaydaları:
3.1. E–jurnal hər hansı yazının məzmununa görə məsuliyyət daşımır. Redaksi Heyətinin mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.
3.2. Mətnlərdə ifadə olunan fikirlər e-jurnalın Redaksiya Heyətinin birbaşa açıqlaması olmazsa, Redaksiya Heyətinin fikri deyildir və belə qəbul oluna bilməz.
3.3. E–jurnal müəlliflər arasında və ya müəllif – oxucu arasında baş verən mübahisələrə, münaqişələrə, onların həllinə, həmin münaqişələr “Bizimki.org” gənc ədəbi e-jurnalının işinə açıqdan – açığa mənfi təsir etməzsə, e-jurnalda gedən yazılarla əlaqəsi olmazsa və e-jurnal şərhlərində ifadə olunmayana qədər qarışmır. Bu halda münaqişələrə münasibətini bildirmək Redaksiya Heyətinin seçiminə bağlıdır.
3.4. İstənilən yazı şərhə açıqdır və oxucular tərəfindən şərh oluna bilər. Müəlliflər, müəllif - oxucu arasında şəxsi xarakterli, məzmunlu şərhlər, ittihamlar yolverilməzdir və qadağandır! Bu qayda hər hansı müəllif və ya oxucu tərəfindən dəfələrlə pozularsa, Redaksiya Heyəti tənbeh tədbiri olaraq, həmin şəxsin e-jurnala girişini səbəbləri və müddəti göstərilməklə, müvəqqəti və ya daimi bağlamaq səlahiyyətinə malikdir.
3.5. İstənilən xarakterli təhqir qadağandır. Redaksiya Heyəti tənbeh tədbiri olaraq, həmin şəxsin e-jurnala girişini səbəbləri və müddəti göstərilməklə, müvəqqəti və ya daimi bağlamaq səlahiyyətinə malikdir.
“Bizimki”də çap ol, bizimkilərdən ol!




