Jurnal barədə ətraflı məlumat

''Bizimki'' ədəbi e-jurnalına xoş gəlmisiniz.

Gənclərin virtual ədəbi məkanı

Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, ayda iki dəfə, ayın əvvəli və ortası yeni nömrələrlə tanış ola bilərsiniz. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır.
"''Bizimki''də çap ol, bizimkilərdən ol!


Jurnalda dərc olunmaq istəyənlər üçün...

Kişi bir sənəti bilər xalis
Çoxuna meyl edən qalar naqis
Seyid Əzim
Azərbaycan diliTürkcəRusca Hörmətli ''Bizimki'' ədəbi e-jurnalı oxuyucuları, xoş gəlmisiniz. Bizimlə əlaqə saxlamaq, hər hansı əsər göndərmək, suallarınız, təklifləriniz, tənqidləriniz üçün bu mail ünvanına yaza bilərsiniz: admin@bizimki.org Bizimlə qalın, bizimkilərlə qalın...
Türkce
İyul
15
2006
9:11 am
Bölmə:
Əməliyyat

Amerikalı şair Çarlez Bukovski, fars şairəsi Furuğ Fərruxzad və gənc türk şairi Qədir Aydəmir Oqtay Hacımusalı bəyin tərcüməsi ilə…
Furuğ Fərruxzad

Cümə

səssiz Cümə
tərk olunmuş Cümə
köhnə küçələrə bənzəyən kədərli Cümə
хəstə və təmbəl Cümə
sönən işıqların əsnəmələri Cümə
gözlənilməz Cümə
təslim olmağın Cüməsi

boş ev
sıxıntılı ev
gəncliyin basqınlarına qapısını bağlayan ev
qaranlıq və günəşin xəyali ev
tenhalıq, fal və şübhələrin evi
pərdə, kitab, dolab və rəsmlərin evi

ah nеcə də sаkit və qürurla keçirdi
qərib bir su axarı kimi
bu tərk olunmuş səssiz Cümələrdə
bu sıxıntılı evlərdə
mənim həyatım
ah nеcə də sаkit və qürurla keçirdi

Qızıl gül

qızıl gül
qızıl gül
qızıl gül
o, məni qızıl gül baxçasına apardı
və iztirablı saçlarıma qızıl gül taxdı qaranlıqda
və sonunda
qızıl gül yarpağı üstündə mənimlə oldu

ey iflic vuran göyərçinlər
ey adətdən kəsilən təcrübəsiz ağaclar, ey kor pəncərələr
köksümün altında və dərinliyində damarlarımın, indi
qızıl bir gül sürgün ömrü yaşayır
qızıl gül
qızıl
bir bayraq kimi
üsyan edir
ah, mən ağırayağam, bətnim ölüm gəzdirir

Yarpaqların faciəsi

Carles BukovskiDodaqlarım qurumuşdu. Oyandım və otlar olmuşdu,
Dibcəkdəki gülllər qarğıdalı kimi saralmiş;
qadınım çıxıb getmişdi
və boş şüşələr qanı qurumuş cəsədlər kimi
bürüdü məni isə yaramazlıqları ilə
günəş hələ göydəydi ancaq,
və ev sahibəmin qeydi bükülmüşdü
xoş və tələbsiz kağıza; indi ehtiyac duyduğum
gülməli bir aktyordur, təxminən qədim təlxəklər kimi
absurd aci ilə zarafat edecək və məni güldürəcək; acı absurddur
cünkü mövcuddur bu haqda danışmayacağam
diqqətlə üzünü qırxdım köhnə bir ülgüclə
bir zamanlar gənc olan və hamının dahi adlandırdığı o adamın; ancaq
əslində yarpaqların faciəsi budur məncə,
sis otlar, ölü bitkilər,
və qaranlıq bir dəhlizdə addımladım
ev sahibəmin dayandığı
bütün nifrətiylə əlini belinə qoyub,
sallayıb şişman, tərli qollarını
cəhənnəmə ki, pulun yoxdur deyə qışqırır
qışqırır kirayə pulunu ver deyə
cünki çaşmışdı dünya
ikimizə qarşı da.

2 nömrəli lya minor simfoniyası

Şahzadə İqor
Orta Asiya səhralarında
Gözlərini tünd rəngli əski parçasıyla
örtüb yata bilirdi sadəcə;
1887–ci ildə bir rəqsə getdi
Tibb akademiyasında
Rəngli milli paltarıyla
Nəhayət fövqəladə görünürdü
Və yerə yıxılanda
hamı elə bildi ki, təlxəklik edir.
Bir daha Borodini dinləyəndə,
bunları yadina sal…

Gerçək soyuq

I. Xatırlama
Kadir Aydəmir
buludun qarnı,
güclü bir küləklü gərilir
bir zəngin yeksənək səsi,
duyulur uzaqdan
qəflətən bir qilinc: qivrandirir
şimşəyi

səsin qarşılaşdığı yerdə:
istəkli tarlalar

çılpaq qayalar,
kibirə geri qaytarır suyu

II. Göz

Qovaqlar, teleqraf xəttləri
Cırcırama böcəyi,
Heç susmur

Zeytun ağacı
Əzik otlarla

Hər şey
Və ardıcquşu:
Bir sohbeti
Dinleyir ele bil

Cox uzaqlarda insanlar
Sert tikanlar sarayi
Aci:
torpaqda
ve uzunde yol gozetcisinin.

III.Anlamaq

Qayğı:
Ağırlığı irmaqların

Günəş,
Batır artıq
Quş yuvasını təmizləyir
Bir xəzinədir
Qaranlığın gərgin xəttləri
İtən kölgələr,
Quşları ölümsüz qilan yel
Duman,
Gizlədir ürəksiz üzünü
Səbrli əşyalar
Yazının incəliyi

IV. Kül və atəş
Ölülərimiz,
gözçuxurunda
rənglərin olğunluğu

sıyrılırmış kimi bir utancdan
orda eləcə dayanırlar

… Sonsuz bir baxışın əks-sədası
qarışıq bir səs
göyərçin bir el
gizli bir uyğunluq

böyüyən bir kainatın ağzında.

Yazıya qiymət verin:
İyul
15
2006
9:48 am
Bölmə:
Şərhlər
Elvin

… Belke de zamanemizin edebiyyat qalmaqalı ve zelzelelerinden en çox zerer gören janr şerdir. Artıq edebiyatda ele şerlere rast gelmek olur ki… Şerin heç bir ölçüsü,şeri şer eden ceheti qalmadı. Adi bir nağılı da setirlerini qeribe şekillere salıb yazaraq şer kimi teqdim elemek mümkündür ki, edirler de bunu. Bütün bunları nezer aldığımız zaman görürük ki, şer adı altında ortaya çıxan eserlere nece olurlarsa olsunlar, pis demek mümkün deyil. “Bu şer deyil!” deye bilmirik. Çünkü sual çıxır o zaman önümüze; ” Şer nedir?” Gel indi bu suala cavab ver!
… Yuxarıdakı şerleri oxuyarken bunları düşündüm. Ve bir başqa düşüncem ise; ” Hacımusalı, sende nesr daha gözel alınır.”

İyul
16
2006
1:21 am
Bölmə:
Şərhlər
Zorro

Qizil gul ve Cumeni beyenmedim :(

İyul
24
2006
11:21 am
Bölmə:
Şərhlər
Jey

Hec Zad

İyul
24
2006
3:44 pm
Bölmə:
Şərhlər

Salam.MEn Sizin jurnaliniza meqale vermek isteyirem. Beyenseniz derc edersiniz.Derc etseniz qonararimi veresiniz
Necedir?

İyul
29
2006
4:48 pm
Bölmə:
Şərhlər
dunen kefe baxirdim

pis deyil :D

İyul
31
2006
2:14 am
Bölmə:
Şərhlər

Salam. Serlerinizi oxudum ve beyendim. Amma basliga baxanda duzu bir qeder utandim. Azerbaycan dili dunyanin en saf ve gozel dilidir. Azerbaycan dilinde “ser” sozu “seir” kimi yazilmir ezizlerim.

Hormetle,
Ahmad Shahidov
www.Kiv.az - bas redaktor

İyul
31
2006
9:27 am
Bölmə:
Şərhlər
G.

Hörmətli Ahmad bey!
Müasir orfoqrafiya qaydalarına görə düzgün yazılış “şeir” şəklindədir.
Bu, ən son çap olunmuş və müvafiq dövlət orqanı tətəfindən təsdiq edilmiş orfoqrafiya lüğətində öz əksini tapıb.

Mart
13
2007
5:35 pm
Bölmə:
Şərhlər
AYNUR

MEN DE DEYIREM AXI BU SERLER HEC QAFIYELENMIR SEN DEME TERCUME IMIS!

Yanvar
17
2009
3:03 am
Bölmə:
Şərhlər
ESQIN QADASOV

HER DILIN OZ SER AXARI VAR ONUNCUN BIZE BELE GELIR AMA QESENG SERLERDIR!!!!!

Şərhinizi yazın: