Jurnal barədə ətraflı məlumat

''Bizimki'' ədəbi e-jurnalına xoş gəlmisiniz.

Gənclərin virtual ədəbi məkanı

Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, ayda iki dəfə, ayın əvvəli və ortası yeni nömrələrlə tanış ola bilərsiniz. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır.
"''Bizimki''də çap ol, bizimkilərdən ol!


Jurnalda dərc olunmaq istəyənlər üçün...

Düşünmədən öyrənmək, vaxt itirməkdir...
Konfuçyus
Azərbaycan diliTürkcəRusca Hörmətli ''Bizimki'' ədəbi e-jurnalı oxuyucuları, xoş gəlmisiniz. Bizimlə əlaqə saxlamaq, hər hansı əsər göndərmək, suallarınız, təklifləriniz, tənqidləriniz üçün bu mail ünvanına yaza bilərsiniz: admin@bizimki.org Bizimlə qalın, bizimkilərlə qalın...
Türkce
Avqust
15
2006
3:59 am
Bölmə:
Əməliyyat

Arif BuzovnalıCəhənnəmləşdirilmişlərdənik, yoxdur günah bizdə,
Bəli xəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.

Fəğan etsək belə pərvərdigarə naləmiz yetməz,
Səsi bəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.

Keçirsə ömrümüz qan tökmək ilə fani dünyada,
Bura cəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.

Sevincdən ağladıq gah, gah qəmdən oldu sel yaşlar,
Gözü nəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.

Nə eşq ilə yetişdik kamə, nə əql ilə şad olduq,
Ki sərsəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.

Yıxılmış gəlmişik dəhrə, bizi mey yıxmayıb, saqi,
Əzəl dəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.

Ya bu fani cahana qəm ilə biz gəlmişik, Arif,
Ya da qəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.

Zəmanədə

Gər qoymadıqsa mənəvi bir iz zəmanədə,
Aya, nə üzlə bəs yaşadıq biz zəmanədə.

Şeytan qədərdi insanə bənzərlərin gücü,
Şəfqətdən, ədldən əlini üz zəmanədə.

Naəhlə, nadürüstə qucaq açdı dəhri-dün,
Hər əyri göstərir özünü düz zəmanədə.

Billahi, indi qiyməti yoxdur kar olmağın,
Dişsiz qalan damaq kimidir söz zəmanədə.

Mən saqi dəf edəndə solumdan gəlir kədər,
Qoymaz fələk ki bir dəm açıb göz zəmanədə.

Arif, bu yerdə zikr elə Sahibzamanı ki,
Namərdə çökdürər o gəlib diz zəmanədə.

Yazıya qiymət verin:
Avqust
15
2006
5:20 pm
Bölmə:
Şərhlər
Oxucu

Birinci sheiri ona gore beyendim ki, shair reklamda ishlenen sozden cox maraqli istifade edib.
Ikinci sheir ise 16-ci esrde yazilanlardan ferqlenmir.

Avqust
16
2006
5:01 am
Bölmə:
Şərhlər
Dost

Allah təbinizə qüvvət versin.Bəyəndik…

Avqust
16
2006
4:01 pm
Bölmə:
Şərhlər
Ceyhun

İstedadınız var, yaxşı alınıb!
Davam etdirin!!!

Avqust
21
2006
2:47 am
Bölmə:
Şərhlər
Duzu duz eyrini eyri deyek

ela

Avqust
27
2006
7:13 pm
Bölmə:
Şərhlər
Arif

Haminiza teshekkur edirem

Sentyabr
25
2008
6:17 pm
Bölmə:
Şərhlər
İlkin

Sizə yazdığınız qəzəllərə görə təşəkkür edirəm.
əlaxüsus
Eşq çövründən elə atəş varımdır hər gecə
Sönmüş ulduzlar yanar, əmr eyləsəm yan, ey nigar.

Arif ölmüş söyləyən olsa inanma, ölmədi,
Ruhunu eşq əhli üçün etdi ehsan, ey nigar.
qəzəlinizdəki bu son beytlər daha çox xoşuma gəlir. Təbii ki, əldə edə bildiklərim bunlardır. Sizin münsif heyəti olduğunuz proqramdakı dediyiniz “Xəzər” şeiri və “Rəmzidir” beytli qəzəliniz də gözəldir. Xahiş edirəm mənə bir oxucunuz kimi sizin müəllifiniz olduğunuz kitablardan birini əldə etməyimiə köməklik edəsiniz.

Dekabr
30
2008
3:11 am
Bölmə:
Şərhlər
Agadadash

Allah komeyin olsun qardashim

birde bele qezalxana yaxshi alinib davam ela demezler

Şərhinizi yazın: