bu şəhərin
yarımçıq qalmiş
binalarının
üstündə
dənizin kənarında
ən hündür körpülərin başında
ən böyük yolların qirağında
bir adam gəzər…
tək bir adam…
tək bir adam gəzər
-tap!-deyə düşmək haqqında fikirləşər bu binadan
dənizdə boğulmağını təsəvvür edər
körpüdən dəmir yolunun üzərinə tullanmağını
başını bədənindən ayrı təsəvvür edər bu adam…
tək bir adam gəzər bu şəhərdə..
divarlar
divarlar sökülmək üçün tikilir
insan ölmək üçün doğulduğu kimi
insan ölmək üçün doğlduğuna görə,
qanunlar pozulmaq üçün yaranır, deməli
qafiyə sözlərə söyüşdür
bu şeir cırılıb atılmaq üçündür
tualetlər qəzet oxumaq üçündür
evlər içində darıxmaqdan ötəri
təhlükə qorunmaq üçündürsə
qoruyucular nə üçündür???
sənin mənim üçün
mən onun üçün, o da dostum üçün, dostum sənin üçün
yuxu
çöldə soyuqdur,
qar yağır,
güclü külək əsir,
mənimsə
evimi oğurlayiblar
ey gözəl qiz,
nə olar qapını açsan da məni içəri buraxsan
bir gecəliyinə
qalsam səndə
divanda da yatmağa razıyam
qəhvə istəməyəcəyimə söz verirəm
bəlkə gəlim?





