Dilə gəldi yenə də,
Dərd-qəmimdən qələmim.
Keçmişimi görmüşəm,
Gələcəyi nə bilim.
Qoy danışım ötəndən,
Qoy danışım keçəndən.
Ya fələkdən,
Ya taledən,
Ya da ömrü biçəndən.
sevgim sən ürəyimdə qalmaliydin gizlicə,
sənsə hər addımımdan özünü izhar etdin
ürəyimdən hər kəsi silib atdın bir gecə,
tənhalığı mənə yar aləmi əgyar etdin
bircə arzun var idi gozümdə bulud olmaq (davamı…)
o qızın ətəyinə gözlərimdən boşalmaq
sən ki, mənim sirrimi faş eylədin ay “axmaq”
mən də sənin arzunu heyf tarumar etdim
Bu nə dövran; nə zamandır desənə
Zəbt ediblər solu-sağı Qarabağ.
Gör kimlərə yuva qurdun qoynunda
Kimlər olub sənə yağı Qarabağ.
Beyinlər fikirli, ürəklər xəstə, (davamı…)
Gözlər yolda qalıb, qulaqlar səsdə,
Biz necə oxuyaq segah, şikəstə,
Olmusan dillərdə ağı Qarabağ
Biz təkcə işğal olunmuruq, həm də işğal edirik…
Durduğum məkan,
ürəyimin döyüntüsündə
əritdiyim zaman –
işğal.
Alıb-verdiyim nəfəslər,
eşitdiyim səslər,
dediyim sözlər –
işğal.
Yediyim çörək,
içdiyim su,
mənə sərf olunan illər,
umulan əvəzlər,
Bilirsənmi
Qansız, vicdansız
İnsan kimdir
Yaltaq insanın özüdür
Ki, var
O insan ki
Mənliyini
Kişiliyini
Şərq bazarında
Axşambazarı adı ilə
Ucuz qiymətə satar
Hörmət anlayışın
Yaltaqlaşdıran
Baxıram gözlərimə;
orda gözəl gözün var.
Qəlbimə gözlərimdən axmışdın gözlərinlə.
Diqqət etsən görərsən
gözlərində gözüm var.
Baxıram ürəyimə; (davamı…)
orda ayaq izin var.
Barmaqların ucunda kəçmişdin ürəyimdən
Söylədiyin şərqiylə vurmuşdun bəm təlinə
orda həzin səsin var.
Gedirəm piyada, hava küləkli,
Çoxu tək külək də olubdur dərdli,
Sanki həmin külək beynimi dəldi,
Külək, niyə belə əsirsən külək?
Niyə varlığımı əzirsən külək?
Yollarda yığılan toz göyə qalxır,
Get-gedə küçədə insan azalır,
Küləksə aləmi vurur, dağıdır,
Külək, niyə belə əsirsən külək?
Niyə varlığımı əzirsən külək?
Məndəsən bu səhər
tənimdə can kimi,
məndəsən bu səhər
yaşanmış zaman kimi…
Yerdə-göydə - hər yanda
səni görürəm gözsüz,
mənimlə danışırsan
nə kəlməsiz, nə sözsüz.
Neçəsini öldürmək istədim
Gözlərimin önünə gəldin
Dözmədim üzuləcəyinə
Neçəsinin qanını satın aldın,
Nə yaman varlısan,aana.
Oğullarını evli-eşikli etməlisən, qızını köçürməlisən (davamı…)
Baxma qaradı baxtın,
Qızıldı vaxtin
Nə yaman varlısan ,aana.
Tuş gəlmişəm taleyimin qəminə,
Yavaş-yavaş dərdi yıxır ömrümü.
Dindirəndə nə söylənir,nə dinir,
İçin-için dərdi yaxır ömrümü.
Yazılan taleyi istəməmişdim, (davamı…)
Bəxt yazan yazıbdır,pisləməmişdim,
Bundan da betər var,pis deməmişdim.
Ümidsizdi,dərdi sıxır ömrümü.
Azan şəhəri
İstabul azandır, dəvət eyləyər
Ruhani səsiylə namaza səni.
Açar minarələr səma qapısın
İzləyər mələklər səcdə etməni.
İstanbul azandır, altı əsirlik; (davamı…)
Səsində səhabə kükrəməsi var.
Şərəfləndirmiş onun ulu tarixin
Həzrəti Yuuşa və Eyyüb Əl-Ənsar.
Bayıl dəftərindən
Canım südəmər qızım
Qanım südəmər qızım
Səndən ayrı gözümdən
Daim su damar, qızım
Səsin hara yayıldı (davamı…)
Atan sənsiz bayıldı
Sənin yerin beşikdi
Mənim yerim Bayıldı
Ay mənim gizlicə sevdiyim gözəl
Sevgin bir dəryadır,sevgin bir ümman
Sənin adın sirrdir, elə özün tək
Ey qara gözlü yar, ey ismi pünhan
Dərdin dərt gətirdi, dərdim (davamı…)
üstünə
Sevgin alov verdi bu daş könlümə
Yalnız qələm şahid mənim
sevgimə
Sənsən mənə nigar, ey ismi pünhan
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Gültəkin
1.28 may meydanı…
Didib parçalayır
insan insanı!
2.Soyuq divarlarda
ofsayd deputatların
cırılmış plakat nişanı.
İntizar gözlərin baxır yollara,
Ürəyim həsrətlə gözləyir səni.
Gəlmirsən ilk eşqim, son məhəbbətim,
Sevginin dəyəri bu qədərdimi?
Eşqin havasına sərxoşam yaman, (davamı…)
Gözlərim yalnızca səni axtaran.
Susqun gözlərində odlu baxışlar,
Amma sən gəlmirsən, məni bağışla




