Salam olsun!
ÜMİD VAR ƏVƏZİNDƏ
Bilgisayarımın qarşısına keçəndə, hər zaman olduğu kimi bir siqaret yandırdım. Elə yavaş-yavaş nə isə yazmağa başlamışdım ki, dostumun zəngi gəldi:-“Salam qardaş,… necə şeirlərdi?” Yazacağım fikirləri unudacağımdan çəkindiyim üçün tezbazar cavab verdim:-“şeir olmayan yerdə yaxşıdır”-dedim. Yəqin ki, dostum da şeirdən anlamadığımı düşünb, sağollaşdı.
Tıxaclar və düşüncələr
“…Günorta. “20 Yanvar”ın növbəti uzunömürlü tıxacı ixtiyarıma azı iyirmi dəqiqəlik dondurulmuş vaxt verdi. Tıxaclara əsəb sərf etmək axmaqlıqdır- bunu tıxacın digər iştirakçıları məndən də yaxşı bilirdi, odur ki, heç kim siqnal-filan, səs-küylə baş ağrıtmaq istəyində görünmürdü. Deməli, tıxacın aradan qalxmasından başqa, sükutu pozacaq real heç nə yox idi. Radionu yandırdım, yerimi rahatladım, əllərimi gödəkcəmin ciblərinə saldım və fraqmentlər şəklində olan fikirləri bir yerə cəmləməyə çalışdım…
Salam olsun!
Uzun müddət düşünəndən sonra qərara gəldim ki, Anar Gülümsoy haqqında yazacağım yazıya məhz bu cür ad verim. Yox, bu mənim tapıntım zad deyil, heç Anar Gülümsoyun da tapıntısı deyil. Eldə, obada çox yayılan sözdü bu. Di gəl ki, Anar qardaşımız bu deyimi şeirə gətirməyə çalışıb. Əvvəlcə istədim oturam özü ilə üz-üzə deyəm ki, “Anar, sən Allah nə vaxt bu yaradıcılığın barədə də düşünəcəksən?” sonra bu fikrimdən vaz keçdim. Fikirləşdim ki, deyib başımı ağrıtmaqdansa, yazıb əlimi ağrıdım.
İnsan cəmiyyətinin formalaşmasında, onun mənəvi tələbatının ödənilməsində bilavasitə rolu olan estetika bu gün də öz əhəmiyyətini itirməyib və demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Fəlsəfi fikrin geniş mahiyyətini özündə əks etdirən estetika tarixi inkişaf çalarları ilə ehtiva etdiyi gözəllik və incəsənət problemini bu gün daha geniş mənada gündəmə gətirir.

Nima[1] Yuşic ( Əli İsfəndyari) 1898-ci ildə Mazandaran şəhərinin Yuş kəndində anadan olmuşdur. Oxuyub-yazmağı kəndlərində olan molla yanında öyrənib. Lakin kənd mollası ilə münasibəti pozulduğundan bir daha onun yanına getmir. Bir müddət keçdikdən sonra Tehrana gedib “Sen Luy” ali mədrəsədə təhsil alır.
Postmodernizm bir vəziyyətin adıdır. Kim(lər)sə çıxıb, “gəlin bu, bu təməllərin üzərinə belə bir şey inşa edib, adını da “postmodernizm” qoyaq” deyərək yaratmayıb postmodernizmi. Cəmiyyətə yeni fəlsəfə, intellektual dərinlik, məsələləri dəyərləndirmə çərçivəsi təqdim edən, ideologiyavari bir şey deyil. Avropadan bir aydınlanma dövrü çıxdı. Aydınlanma, inanca (dinə) qarşı bilgini, teologiyaya qarşı elmi ön sıraya qoyan düşüncə sistemidir. Modernizmin fundamenti aydınlanma düşüncəsidir.
Siz bu oyunu uduzmusunuz, sadəcə olaraq fərqində deyilsiniz! Fərqində olsaydınız, sizi bu vəziyyətə salanlardan bir dəfəlik uzaqlaşıb onların üzünə lomba ilə tüpürər və özünüzdə güc və qüvvə tapıb yenidən başladığınız yerə qayıdardınız. O zaman hər şey necə də gözəl olardı və siz bir nəfəslik şeirin dadını daha yaxşı hiss eləyərdiniz.
(Elvin Cabay üçün)
I yazı
Qapalı məkanları düşünək bir anlığına… Ya da hər hansı bir binanın zirzəmisini. Oralara işıq düşmür, hərdən – bir keçib gedən maşınların işıqları işıqlandırır bu məkanları. Amma anidir həmin nura qərq olmalar. Yəni maşın şütüyüb keçəcək və yenə də qaranlıq… Şeir də elədir, keçmişlə də bağ var arasında, amma ən çox onu özünə çəkən gələcəkdir.
“Allah gənc yaşlarımızda yekəbaşlıqdan,
ahıl çağımızda düşükləmələrdən saxlasın!”
(Günümüzün doğurduğu dualarımdan)
Bizim cəmiyyət, ədəbi mühit haqda çoxdan bir qənaətə gəlmişəm: Burda nəinki tarix, ümumiyyətlə, heç nə təkrarlanmır. Çünki heç başa çatmır. Uzaq başı müəyyən, yaxud qeyri-müəyyən müddətə təxirə salınır.
Üç ilə üç məkan
2004-cü ilin yay ayları idi. Xarici ədəbi saytları, internet forumları xeyli müşahidə edəndən sonra tam inamsız halda bizim ədəbi mühiti virtual məkanda axtarmağa başladım. İnamım sıfırda idi, çünki çap olunanları kifayət qədər görmüşdüm, düşünürdüm ki, realı belə olanın virtualı nə gündə olar? Tapıntılarım rusdilli Azərbaycan saytları ilə başladı- Azərbaycan dilindən başqa az qala bütün dillərdə yazan Azərbaycan yazıçılarının saytları.
“Gəl günaha bataq”
Bəzən yazmaq istədiklərim yaza biləcəklərimin fonunda çox böyük görünür. Daxilimdəki həvəs və sonsuz istək məni bir an belə qələmdən uzaqlaşmağa, ondan uzaq düşməyə qoymur. Yazdıqca özümdə daxili rahatlıq tapıb dincəlirəm. Ən böyük istəyim isə yazmaq istədiklərimi yazmaqdır. Bu isə o qədər də asan deyil. Böyük mətbuata yol tapmaq, çap olunmaq o qədər də asan məsələ deyil.
Şərqin dəyərləri necə «Leyli və Məcnun»da təcəssüm etmişdisə, necə Məcnun Leylinin məcazi sevgisini dadıb yavaş – yavaş həqiqi eşqinə çatmışdısa, bir başa bariz təsəvvüf elementləri Məcnunu səhralara, çöllərə salmışdısa, Məcnun necə düşdüyü çöllərdə əl açıb Tanrıya Leylisinin sorağı ilə gəldiyi çöllərdə həqiqi eşqi – yəni Mövlasını tapdığına görə şükr eləyirdisə və gözü artıq Leylini görmürdüsə, uzun illərdən, əsrlərdən sonra Şeyx Sənan da eyni koddan kamillik mərtəbəsinə yaxınlaşma məqamında idi. İndi çoxları, demək olar ki, əli qələm tutan və şöhrət olmaq istəyən hər kəs Hüseyn Cavidin üstünə qaçır təbiri – caizsə…
Azərbaycan ədəbi tənqidinin özünəməxsus imzalarından biri olan Bəkir Nəbiyev “Tənqid və ədəbi proses” kitabında yazırdı: “Bu günün oxucusu mürəkkəb ideoloji mübarizələr şəraitində yaşayır və fəaliyyət göstərir. İnsan şüuru və insan qəlbi uğrunda gedən bu amansız mübarizələrin ön sıralarında addımlamağa borclu olan ədəbiyyatımız bağrından doğduğu, ruhu və canı ilə bağlı olduğu yeni cəmiyyət haqqında, onun həyatını dəyişdirən adamları haqqında bütün dünyaya bədii, estetik məlumat verməlidir. Artıq çoxdan qəbul edilmiş bir həqiqətdir ki, qəhrəmansız böyük ədəbiyyat yoxdur.”
(Şeir oxuma sənəti və ya sənətkarı)Dərgimizdə şeirləri yayınlanan gənc qələmdaşlarımızdan birinə, şeirləri ilə əlaqəli verdiyim sualıma aldığım cavabda diqqətimi çəkən və məni düşündürən belə bir məqam var idi: “ şeirlərimi oxuyanlar başa düşmür. İndiyə qədər şeirlərimi demək olar ki, az insan başa düşüb”. Halbuki şeirlərində normal səviyyəli bir oxucunun anlaya bilməyəcəyi qədər nə fəlsəfi ağırlıq var idi, nə təsəvvüfi dərinlik, nə də fikri yoğunluq. Daha sonra dərgimizin 9-cu sayında çıxan şeirimə yazılan şərhləri oxuyan bir yaxınım “şeirini anlamayıblar!” dedi. Bir yandan da bəlli bir zamandır oxuyub anlamağa çalışdığım Oqtay Hacımusalının şeirləri… Deyərkən “şeiri anlamaq” məsələsi məni daha da dərindən düşündürməyə başladı:“Nədir şeir? Şeiri necə oxumalı, necə anlamalı?”
Dünyanı nə vaxtdan bəridir silkələyən, onu yeni dəyərlər axtarmağa məcbur edən «Modernizm» məsələsi əslində iki qütblü düşüncənin formalaşdırdığı bir formalitədir. Əsrlərdir Qərb öz sosyal iç yaşantısındakı problemləri və tarixi dəyişimdəki yönəlmələri tək bir bütün içərisində izləmiş və buna uyğun olaraq çözüm tapmaq istəmişdir. Çözüm isə tapılıb: insanları qütblərə ayırmaq. Çağdaş amerikan filosofu, Kaliforniya Universitetinin professoru Rondoll Kolins bu məsələni belə izah edir: «Biz siyasətdə necə zidd qütbləri «sağ - sol» ayırımıyla ayırd ediriksə, dində də eləcə «mühafizəkarlar» və «liberal reformaçılar» şəklində təsnifat aparırıq.




