Jurnal barədə ətraflı məlumat

''Bizimki'' ədəbi e-jurnalına xoş gəlmisiniz.

Gənclərin virtual ədəbi məkanı

Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, ayda iki dəfə, ayın əvvəli və ortası yeni nömrələrlə tanış ola bilərsiniz. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır.
"''Bizimki''də çap ol, bizimkilərdən ol!


Jurnalda dərc olunmaq istəyənlər üçün...

Kişi bir sənəti bilər xalis
Çoxuna meyl edən qalar naqis
Seyid Əzim
Azərbaycan diliTürkcəRusca Hörmətli ''Bizimki'' ədəbi e-jurnalı oxuyucuları, xoş gəlmisiniz. Bizimlə əlaqə saxlamaq, hər hansı əsər göndərmək, suallarınız, təklifləriniz, tənqidləriniz üçün bu mail ünvanına yaza bilərsiniz: admin@bizimki.org Bizimlə qalın, bizimkilərlə qalın...
Türkce
May
15
2007
7:31 am
Bölmə:
Əməliyyat

Qəşəm NəcəfzadəQəşəm Nəcəfzadə Azərbaycan Yazıçılar Birliyinin İdarə heyətinin üzvü, Uşaq Ədəbiyyatı Seksiyasının rəhbəri,“Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiridir. 80-cı illərdə ədəbiyyata gəlib. İndiyə kimi şairin 15 şeir kitabı nəşr olunub. Şeirləri rus, ingilis, alman, gürcü, özbək, polyak və başqa dillərə tərcümə edilib. Şair beynəlxalq şeir müsabiqəsində qalib gələrək bu il Avropanin ən böyük şeir bayramına, Hollandiyada keçiriləcək 38-ci Beynəlxalq Poeziya Festivalına dəvət alıb. Xatırladırıq ki, bu festival 1970-ci ildən keçirilir və Qəşəm Nəcəfzadə bu festivalda iştirak edən ilk Azərbaycan şairidir. Çoxdan tanıdığım yaradıcılığı ədəbi prosesdə mübahisələrlə dolu olan Qəşəm Nəcəfzadə ilə hal-əhval tutub xeyli səhbətləşdik.

(davamı…)

Mart
1
2007
8:50 am
Bölmə:
Əməliyyat

Bəxtiyar YaralıBəxtiyar bəyi ilk dəfə “Bizimki”də tanıdım, mübariz ruhlu şeirləri sayəsində. Sözün düzü ondan müsahibə almağıma da məhz bu şeirlərin təsiri oldu. Həmçinin son günlər bəstəkar dostumuz Firudin Allahverdinın Bəxtiyar bəyin şeirinə bəstələdiyi “Meydan” musiqisi və yazarlarımızdan birinin yadıma salması məni bu müsahibəyə daha da vadar etdi. Müsahibədə maraqlı, radikal, dağıdıcı, sarsıdıcı, ağladıcı, qan qusdurucu və s. dramatik məqamlar var. Ürəyinizi çox bulandırmayım, əksinə çox maraqlı müsahibə alındı.

(davamı…)

Fevral
15
2007
8:31 am
Bölmə:
Əməliyyat

Rəbiqə Zeynalovaİlk dəfə bir virtual forumda qarşılaşmışdım Rəbiqə xanımın şeirləri ilə. Düzü ilk oxuduğum zaman məndə qəribə təəssürat yaratmışdı şeirlər. Sonra tənqid etmişdim. Rəbiqə xanımın başqa şeirlərini də oxuduqca əslində yanıldığımı gördüm. Çox fərqli ifadə tərzi, çox fərqli üslubu var idi. Bir də şeirlərinə qatdığı səmimiyyət. Rəbiqə xanımın şeirlərinə bağlanmağım belə oldu. O vaxt bu vaxt şeirərini səbirsizliklə gözləyir, böyük bir zövqlə oxuyuram. Onunla oxuyucularımızın da daha yaxından tanış olması üçün bir müsahibə almaq qərarına gəldik.

(davamı…)

Fevral
1
2007
8:20 am
Bölmə:
Əməliyyat

Nizami CəfərovBu dəfədi müsahibimiz bir çoxlarının tanıdığı, Filologiya elmləri doktoru, professor, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərovdur. Onunla söhbətimiz əsasən ədəbi mühitin aktual mövzularından biri olan “Ortaq türkcə” üzərinə oldu. Bu geniş və mənalı müsahibəni siz dostlarla bölüşmək istərdik…

(davamı…)

Yanvar
15
2007
6:50 am
Bölmə:
Əməliyyat

Dəyanət OsmanlıDəyanət Osmanlı deyənde oxucular və ədəbiyyatsevərlər gözlərinin önündə hardasa Modern Azərbaycan şeirinin ilkin cığırdaşlarından biri, bəlkədə birincisi canlanır. Amma o, nəyinsə iddiasında deyil. Buna görə də bəzən tənqidçilər onun şeirlərini təhlil etməyiblər (ya da çəkiniblər onun şeirlərini təhlil etməkdən!), bəzən isə o, Azərbaycan ədəbiyyatında baş alıb gedən müəyyən qruplaşmaların heç birində yer almadığı ücün özlərini görməməzliyə vurublar. O, isə Bakıda oturub sakitcə sözlərini yandırır. Biz də sözlərini yandırarkən yaxaladıq. Bu halında ondan bir neçə sözü xilas etməmək ən azindan günah idi… Ona görə də bu müsahibəni aldıq…

(davamı…)

Dekabr
15
2006
6:18 am
Bölmə:
Əməliyyat

Aygün Bünyadzadəİndi bilmirəm, amma əvvəllər Aygün Bünyadzadəni uşaqlarla əlaqəsi olan istənilən yerdə görmək mümkün idi. Hansısa bir balaca rəssamın rəsim sərgisimi keçirilir, siz həmin sərgidə Aygün Bünyadzadəni görə bilərdiniz. Hansısa bir tamaşamı var uşaqlar üçün, Aygün Bünyadzadəni tamaşaçılar arasında görmək mümkün idi. Uşaqların sevimli Ələkbər əmisi ilə, digər bir nağılçı Sevinc Nuruqızı ilə bərabər əslində o qədər də dəyər verilməyən (əslində isə, çox böyük dəyəri var!) bir işlə - uşaqlarımızın incə, məsum qəlblərini öz maraqlı yazıları, tamaşaları ilə oxşamaqla məşğuldurlar. Eyni zamanda Aygün Bünyadzadə və ya nami – digər Elay Qayst «Cırtdan» uşaq jurnalına da rəhbərlik edir. Maşaallah, hardan alır bu enerjini sifətində daim uşaq təbəssümü dolaşan bu xanım?! Onunla müsahibəmizdə bu suallara cavab tapmağa çalışdıq.

(davamı…)

Dekabr
5
2006
7:35 am
Bölmə:
Əməliyyat

Ağanisə SultanovaDüzü, mənə Kəbutər xanım deyəndə ki, bu il “Ömər Seyfəddin hekayə” müsabiqəsində yer tutanlar arasında Ağanisə xanım da var, hec fikirləşmədən dedim Ağanisə xanım isti-isti bu haqda bizə danışmalıdır. Mən düşünürdüm, bizimkilərdən heç olmasa ilk üçlüyə düşən olar. Ancaq qismət… Ağanisə xanımı tapmaq o qədər də asan olmadı. Bir həftə get-gəldən sonra qəbuluna duşə bildik (Allah razı olsun!) Beləliklə “Ömər Seyfəddin hekayə” müsabiqəsinin laureatı Ağanisə Sultanova suallarımıza cavab verir…

(davamı…)

Noyabr
15
2006
7:20 am
Bölmə:
Əməliyyat

Oqtay Hacımusalı

Bu dəfəki müsahibimiz əslində qonaq deyil. Elə bizimkidir. Jurnalımızın dəyərli yazarı, tənqidçisi, şairi, mütərcimi (mən yoruldum) Oktay Hacımusalı. Onu tanıdığımdan bəri ədəbi çərçivənin içində qaynayan gördüm, heç kənara sıçramadı. Onunla ətraflı və maraqlı söhbətimiz oldu. Günümüz ədəbiyyatında şoumenləri açıqladı, Türkiyə ədəbi əlaqələrindən danışdı və Nobelə namizədlərdən söz açdı. Buyurun keçin içəri…

(davamı…)

Noyabr
1
2006
10:38 am
Bölmə:
Əməliyyat

Əli Əkbər

Əli Əkbər - Azərbaycan ədəbi mühitində “Əclaf” obrazı ilə tanınan gənc yazar və şair. Bütün axmaq hadisələri özündə cəmləşdirən “Götenin röyası” adlı məşhur kitabın müəllifi də Əli Əkbərdir. Ümumiyyətlə Əli Əkbərin bütün yaradıcılığı başdan ayağa əclaflıq üslubunda yazılmışdır və oxucuları da məhz bu xüsusiyyətinə görə cəlb edir. Yəqin ki, onunla müsahibə də sizi cəlb edəcəkdir.

(davamı…)

Oktyabr
15
2006
10:04 am
Bölmə:
Əməliyyat

KəbutərOnun yazılarını hekayələrini mənə tərcümə etmək üçün təqdim edənə kimi nasir kimi tanımırdım. Amma çoxlarının ədəbi mühitin gedişi haqqında susduğu ciddi bir şəkildə ədəbiyyatla bağlı fikirlərini köşə yazıları, bəzən də tənqidi yazılar şəklində qələmə alırdı… Və bu gün eyni tendensiya davam edir. Kəbuter ədəbiyyat adamlarından müsahibələr alır, ədəbi çevrədə bütün proseslərə dərhal reaksiya verir… Dedim, - “ay Kəbuter xanim, gəl bir müsahibə ver “Bizimki”yə gör necə olur adamları öz sualları ilə çətinə salmaq…” Sağ olsun…

(davamı…)

Oktyabr
1
2006
4:36 am
Bölmə:
Əməliyyat

Kənan MəcidovBu dəfəki müsahibimiz avtomobil mühəndisi, fotomüxbir, jurnalist, gənc yazar Kənan Məcidovdur. Əsərlərinə internetdən tanış olduğumuz bu maraqlı gəncin cəmiyyətimiz və ədəbiyyatla əlaqədar söylədiklərini birlikdə oxuyub və münasibət bildirməyə nə deyirsiniz?!

(davamı…)

Sentyabr
15
2006
3:52 am
Bölmə:
Əməliyyat

Arif Buzovnalı Bakının Buzovna kəndi ədəbiyyatımıza Azər Buzovnalı, Kəbir Azəri, Hacı Soltan Əlizadə və s. şairlər bəxş edən bir diyar kimi tanınır. Bu ədəbi məktəbin gənc bir nümayəndəsi də Arif bəy Buzovnalıdır. İndi sizə Arif bəylə olan müsahibəmizi təqdim edirik.

(davamı…)

Sentyabr
1
2006
5:15 am
Bölmə:
Əməliyyat

Zahir Əzəmət“Bizimki”nin bugünkü müsahibi qəzet açmağa hazırlaşan şair Zahir Əzəmətdir. Onunla söhbətləşə-söhbətləşə gah almadan, gah çayxanadan, gah da oğrulardan danışdıq. Amma bütün bunların ədəbiyyata dəxli vardı. Necə? Oxuyub şahidi ola bilərsiniz.

(davamı…)

Avqust
15
2006
3:59 am
Bölmə:
Əməliyyat

Rəşad Məcid“Bizimki”nin müsahibi Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə İş üzrə katibi və “525-ci qəzеt”in baş rеdaktoru Rəşad Məciddir. Söhbətimiz əsasında ədəbiyyatımızın bugünündən və onun sabahı olan ədəbi gəncliyin hazırki durumundan danışılacaq. Hamınızı maraqlı məqamlarla dolu müsahibəni oxumağa dəvət edirik.

(davamı…)

Avqust
1
2006
6:20 am
Bölmə:
Əməliyyat

Azər ƏhmədovOnunla ilk olaraq ədəbiyyatla əlaqədar bəhslər sayəsində tanış olduq. Sağlam tənqidə sahib, intellektual bir ədib. Bəli, müsahibimiz riyaziyyatçı alim, Kaliforniya universitetinin professoru, Azad Yazarlar Ocağının və həmçinin “Alatoran” jurnalı yaradıcı heyətinin üzvü Azər Əhmədovdur. Maşallah, məsləyini saymaqla bitməyən azad yazarın müsahibəsini siz dəyərli oxuculara təqdim edirik…

(davamı…)