Öz-özlüyündə o, Heç Kim idi; başqalarıyla hətta tarixin ən pis surətində də uyğunluğu olmayan üzündə və saysız-hesabsız, xəyali, əlaqəsiz sözlərində yalnız kimsənin görmədiyi soyuqluq, röya gizlənirdi. Əvvəlcə ona elə gəlirdi ki, bütün insanlar da onun kimidir, amma sonradan dostuna özündəki boşluq haqda danışmağa çalışanda dostunun karıxıb qalması onu əmin etdi ki, səhvi var və həmişəlik başa saldı ki, başqalarından fərqlənmək olmaz.
Divar hörənin eşqi

Özümü öldürməyi düşündüm, mən gözümü açandan bir divarhörən,
sən əczaxanası olan bir kişini sevən qadınsan deyə.
Alışdım artıq, vecimə deyil; kərpic əvvəlkindən daha yaxşı düzürəm
və şərqi söyləyirəm incə səsimlə, əlimdə mala, günortadan sonra.
Günəş gözlərimə düşəndə nərdivan titrəsə altımda və kərpicləri
yerinə səhv qoysam, bil ki, səni düşünürəm.
(davamı…)
Çarles Bukovki (16 Avqust 1920 – 9 Mart 1994), əsl adı Henrix Karl Bukovski olan amerikalı yazar və şairdir. Əsərlərində bəzən Henri Çinaski ləqəbindən də istifadə etmişdir. Əsasən cəmiyyət xaricindəki insanları, depresiyanı və alkolizmə yaxın həyat tərzini əsərlərində canlandırması ilə məşhurdur. İlk romanı “Poçtamt” adlanan yazar şeirləri ilə də məşhurdur. Həyatının sonlarında isə “Pulp” adlı romanını bitirib oxucularına təqdim etmişdir.
Amerikalı şair Karl Sandburq (Carl Sandburg) 1878-ci ildə dünyaya gəlib. 1913-cü ildə Çikaqodakı “System” jurnalının editoru olan şair 1916-cı ildə “Chicago Poems” adlı şeirlər kitabı dərc etdirdi. Nəsr olaraq isə altı cildlik Abraham Lincolnin tərcümeyi-halını qələmə alıb. Bütün şeirlərinin toplusu 1951-ci ildə işıq üzü görmüşdür.
Harold Pinter- B.Britaniya dramaturqu, rejissoru, aktyoru və şairi. 10 oktyabr 1930-cu ildə Londonun şərqində yəhudi ailəsində doğulub. Teatr, kino istehsalı, radio və televiziya sahələrində çalışıb. “Otaq”, “Doğum günü ziyafəti”, “Kolleksiya”, “Evə gəliş”, “Çay ziyafəti”, “Sükut”, “Monoloq”, “Ailə səsləri”, “Başqa məkanlar”, “Ay işığı”, “Bayram”, “Keçmiş hadisələrin xatirəsi” və d. çoxsaylı pyeslərin, ssenarilərin, filmlərin müəllifi 20-dən çox nüfuzlu beynəlxalq ədəbi mükafata layiq görülmüşdür. Harold Pinter 2005-ci il ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır.
(davamı…)
Suzan Samancı- 1962-ci ildə Türkiyə Respublikası, Diyarbəkirdə doğulub. 1979-cu ildə Diyarbəkir Liseyini bitirib. Ədəbi fəaliyyətə şeirlə başlayıb. “Eriyip Gidiyor Gece” (1991, Edebiyat Gazetesi Yayınları), “Reçine Kokuyordu Helin” (1993, Can), “Kıraç Dağlar Kar Tuttu” (1996, Can, 1997 Orhan Kemal Öykü Ödülü ikincisi) ve “Suskunun Gölgesinde” (2001, İletişim) kitaplarının müəllifidir. “Reçine Kokuyordu Helin” alman, ispan, isveç və italyan dillərinə, “Kıraç Dağlar Kar Tuttu” isə alman dilinə tərcümə edilmişdir. “Reçine Kokuyordu Helin” əsəri “Bajarê Mırınê” (Ölüm Kenti, Avesta) adıyla, “Suskunun Gölgesinde” isə “Siya Bêdengiyê”(Aram) adıyla kürd dilində yayımlanıb. Çoxsaylı əsərləri ingilis, ispan, fransız, alman, ərəb və d. dillərə çevrilmişdir. Diyarbəkirdə yaşayır.

Xorxe Luis Borxes (Jorge Luis Borges) 24 avqust 1899-cu il tarixində Buenos-Ayres şəhərində doğulub. 1923-cü ildə ilk kitabı çıxan yazıçı 1938-ci ildə kitabxana məmurluğuna başlamış, “Ficciones” və “Alef” adlı kitablarında toplanan məşhur hekayələrini bu dönəmdə yazmışdır. Virginia Vulfun və Uilyam Folknerin kitabları ispancaya ilk dəfə bu vaxtlarda Borxes tərəfındən qazandırılmışdır. Bu ərəfədə «H. Bustos Domecq» ləqəbi ilə detektiv hekayələri də yazmışdır. 1961-ci ildə Samuel Bekket ilə birlikdə Beynəlxalq Yayımçılar mükafatına (Formentor mükafatı) layiq görülmüşdür. İndi isə bu yazıçının bir əsərini siz oxuculara təqdim edirik.
Dimtir Atanasov 23 sentyabr 1953 – cü ildə doğulub. Veliko Tirnovo «Kiril və Metodiy» Universitetində Bolqar filologiya fakultəsini bitirib. Sərbəst praktikada jurnalist kimi fəaliyyət göstərir. Bolqarıstan yazıçılar birliyi, Bolqar Aktyorlar Birliyi (Dramaturgiya seksiyasının) və Bolqar Jurnalistlər Birliyinin üzvüdür. Plovdivdəki Bolqar Yazarlar dərnəyinin sədridir. Şair, dramaturq, tənqidçi və jurnalistdir.
(davamı…)
1967 - ci ilde İstanbuda doğulan Sibel Eraslan Üsküdar Kız Litseyini (1985), İstanbul Üniversiteti Huquq Fakültəsini bitirdi (1989). İnsan hüquqları, qadınların təhsil və gender problemləri ilə bağlı ictimai işlərdə çalışmışdir. Təklif və İmza dərgilərində yazdı. Hal-hazırda “Vakit” qəzetində köşə yazıları yazır. Hekayələri “Dərgah” və “Mostar” dərgilərində çap olunub. Hekayə kitablarından başqa “Fil Yazıları” (2002), “Can Parçası Hz. Fatıma (2006)” kitabları nəşr olunub. Türkiyə Yazarlar Birliyi 2002 - ci il Mətbuat mükafatına layiq görülüb. İndi isə onun bir əsərini siz oxuculara tərcümə edərək təqdim edirik…
Bir qurd var içimdə… azı dişləri dərin yaralar açmaq üçün iti uclu … çiy ət yemək üçün qırmızı bir dil …və isti qan yalayıb içmək üçün - Bu qurdu qoruyuram çünki vəhşi təbiət verdi onu mənə və vəhşi təbiət də onu azad etməyəcək.
Bir tülkü var içimdə… gümüşü – boz rəngli bir tülkü… iyləyib kəşf edərəm… külək və havadan nəyisə seçərəm… gecə qaranlığında iyləyib yatanları yaxalayar və yeyərəm və tüklərini gizlədərəm… halqa düzəldərəm, ilmə keçirdərəm və aldadaram.
(davamı…)
Fatma Karabıyık Barbarosoğlu 1962 - ci ildə Afyonda doğulub. İstanbul Universiteti Ədəbiyat Fakultəsi Fəlsəfə bölümündən məzun olmuşdur. (1984). “Təsəvvüf təhsilinin dəyərləndirilməsi” başlıqlı dissertasiyası ilə namizədlik dissertasiyasını (1987); “Modernləşmə prosesində dəb və zehniyyət münasibətləri” mövzusu ilə doktorluq dissertasiyasını müdafiə eləyib.(1994) “Gün axşamsızdır” adlı hekayə kitabı ilə Türkiyə Yazarlar Birliyi tərəfindən ilin nasiri seçilib. (2000) Modern təsəvvüf nəsrinin öndə gələn imzalarındandır. İndi isə siz oxucularımıza nasirin tərcümə olunmuş nəsrini təqdim edirik…
Bu nömrədə sizlərə Əkbər Qoşalının tərcüməsi ilə Krım şairlərinin şeirlərini təqdim edəcəyik.
Seyran Süleyman 1979-cu ildə Özbəkistanın Fərqanə vilayətində (Kuva şəh.) doğuldu. Ağməsciddə (Simferepol) Kırım Dövlət Mühəndis-Pedaqoji İnstitutunu bitirib. Ukrayna Yazıçılar Birliyinin üzvü, «Qranoslav» ədəbi müsabiqəsinin mükafatçısıdır(2003). Ağməsciddə çıxan «Yeni dünya» qəzetinin əməkdaşıdır. (davamı…)
Bu qadını uşaqlıqdan tanıyıram. Uzun illər idi, görüşmürdük. Ancaq bu yaxınlarda təsadüfən qarşılaşdıq, söhbətləşdik. Oğlu narkomandır. Otuz yaşı olsa da, dörd dəfə həbs olunmağa imkan tapıb. Onun danışdıqları məni ürəyimin dərinliklərinə qədər həyacanlandırdı. Bəlkə elə buna görə söhbətimizi son sözünə qədər qələmə almaq istədim. Bundan öncə iki-üç cümlə demək istərdim. Onlar-narkotik maddələrə aludəçilikdən əziyyət çəkənlər nə istəsən edə bilərlər. Ətrafdakılar onları başa düşmürlər. Elə bilirlər ki, bu xəstəlik yox, sadəcə şıltaqlıq, ərköyünlükdür.

Artur Koestler ingilis nasir və jurnalisti olub 1905-ci ildə dünyaya gəlmişdir. Əsasən SSSR-nin 1930-cu illərindəki böyük terror dövrü ilə əlaqədar ən məşhur romanı “Yapışqan zülmət” ilə tanınır. Britaniya ensiklopediyası üçün məqalələri də az deyildir. Bu gün onun “Romanın gələcəyi” adlı əsərini tərcümə edib sizlərə təqdim edirik.
Bu nömrəmizdə əsərini tərcümə etdiyimiz xanım Türk ədəbiyyatının son çağ simalarından biri, professor Nazan Bəkiroğlu xanımdır. “Mavi lalə”, “Cümlə qapısı”, “Yusif ilə Züleyxa” və s. kitabların müəllifi olan Nazan xanımın “Axşamın ağası” adlı əsərini sizlərə təqdim edirik.




