Jurnal barədə ətraflı məlumat

''Bizimki'' ədəbi e-jurnalına xoş gəlmisiniz.

Gənclərin virtual ədəbi məkanı

Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, ayda iki dəfə, ayın əvvəli və ortası yeni nömrələrlə tanış ola bilərsiniz. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır.
"''Bizimki''də çap ol, bizimkilərdən ol!


Jurnalda dərc olunmaq istəyənlər üçün...

Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.
Ə. H. Bəhmənyar
Azərbaycan diliTürkcəRusca Hörmətli ''Bizimki'' ədəbi e-jurnalı oxuyucuları, xoş gəlmisiniz. Bizimlə əlaqə saxlamaq, hər hansı əsər göndərmək, suallarınız, təklifləriniz, tənqidləriniz üçün bu mail ünvanına yaza bilərsiniz: admin@bizimki.org Bizimlə qalın, bizimkilərlə qalın...
Türkce
İyun
1
2007
9:03 am
Bölmə:
Əməliyyat

İlqar Fəhmi Yenə anamı apardılar; hə, içəri otağa çəkdilər. Heyif. Düz bir ay əvvəl mənə söz vermişdi ki, bax, Ziya, on altı yaşın tamam olan saniyə sənə elə gözəl bir hədiyyə verəcəm ki, ömrün boyu yadından çıxmayacaq. Allah haqqı!
Hə, söz vermişdi. Amma nə olsun ki? Gecə saat on birdi, düz bir saatdan sonra mən, nənəm demişkən, yekə kişi olacam. Hə, bir saat nədi ki? Gecə yarıyacan çətin gedib evə çata bilək. Elə bil indiyə qalmışdı gömrük işçilərinin mamanı içəri otağa aparmaqları. Bilmirəm nə görüblər bizdə. Təyyarədən o qədər adam düşdü, heç kimə bir söz demədilər, bircə bizdən yapışdılar, elə bil göydən düşmüşük.

(davamı…)

İyun
1
2007
9:03 am
Bölmə:
Əməliyyat

İradə Aytel Əlləri, dodaqları, pərişan saçları, çılpaq bədənini gizlədən qırmızı xalatı, bir vaxtlar dəli sevginin istiliyində isinən, «alışan», «yanan», qırmızı güllü balışı, elə həmin güllərə qərq olmuş yorğanı, döşəyi, hətta, döşəmə də qıp-qırmızı qana boyanmışdı. O, isə ağlamır, qanlı dodaqları ilə sevgilisinin artıq buza dönmüş dodaqlarından öpür, yenə öpürdü.

(davamı…)

İyun
1
2007
9:02 am
Bölmə:
Əməliyyat

Nahid HacıyevHeç özüm də bilmirdim nələri baş verdiyini. Boş ötüşən zamanlarda aradabir hər kəsə zillənən boş baxışlar; boş olduğu qədər də dolu idi. Çox qəribə təzadlar idi gördüklərim. Hamı sakit, hamı qayğılı, hamı yorğun. Aradabir “eşş” , “çırt” səsləri aramızda kimlərinsə narahat və narazı olduğunu göstərirdi, ancaq nə etməli…
İlk dəfə idi demirəm, çünki artıq neçənci dəfə idi ki, anlamışdım, hadisələrə künclərdən baxanda daha aydın görünür.

(davamı…)

İyun
1
2007
9:01 am
Bölmə:
Əməliyyat

Aslan Quliyev Əvvəlki poçtalyon Lənkəranda ev alıb köçmüşdü dəniz sahilindəki şəhərə, dağın şaxtasından, soyuğundan codlaşmış bədənini dəniz suyu oxşayır, isti qumlar isindirirdi. Adam yaşayırdı özüyçün, tropik yağışlardan, dəniz qoxulu havadan zövq alırdı. Bunları düşünüb kəndin poçtalyonu almağa qərar verdi, orta məktəbdə oxuyanda «Mənim qəlbim dağlardadır!» adlı bir hekayə oxumuş, hekayənin qəhrəmanından zəhləsi getmişdi. Nə var dağlarda, adamın da qəlbi dağlarda olar? O isə dəniz həsrəti ilə yaşayırdı, onun qəlbi dənizlərdəydi, gömgöy dalğalar qəlbini oxşayırdı.

(davamı…)

May
15
2007
7:26 am
Bölmə:
Əməliyyat

Aslan Quliyev (hekayə)

Qapı cırıltı ilə açıldı, həncaməsinə yağ sürtməliydi, yoxsa zəhlətökən cırıltısı ilə əsəblərini cırmaqlayırdı. Yəqin meşəbəyi idi, bu cənabdan başqa onu yad eləyən yox idi, yazıçı öz daxmasında unudulmuş, yaddan çıxmışdı. Meşəbəyi isə baş çəkir, yada salırdı, sakit, payız kədəri içində çırpınan əyalətdə yazıçının vur-tut bircə oxucusu qalmışdı.

(davamı…)

May
15
2007
7:26 am
Bölmə:
Əməliyyat

Səməd kişi son nəfəsdə idi. Ailəsi başına yığışmışdı. Arvadı həmişəki kimi tez-tez, ürəyində ümidsiz olsa da, hər şeyin yaxşı olacağını deyirdi. Amma əslində həkim bir neçə saat qabaq demişdi ki, aparın evə, qoyun dünyasını rahat dəyişsin. Həm də demişdi ki, Allahdan başqa heç kim ona kömək edə bilməz. Onu evə gətirib çarpayısına uzatmışdılar.

(davamı…)

May
15
2007
7:26 am
Bölmə:
Əməliyyat

Elvin Cabay Evdə dörd nəfər qalırdılar. Hamısı da eyni universitetin, eyni fakültəsində təhsil almaqda idi. Saat 5 olmuşdu. Dərsləri bitmiş və bir-bir gəlmişdilər evə . Həm çox yorgun idilər, həm də ac. Növbətçi mətbəxtə keçdi. Neçə gündür ki, ərzaqları və yeyəcəkləri tükənmək üzrə idi. Soyuducuda qalan son bir neçə ərzağı səhər yeyərək dərsə getmişdilər. Növbətçi o tərəf bu tərəfə baxdı.

(davamı…)

May
15
2007
7:25 am
Bölmə:
Əməliyyat

Nahid HacıyevDost-tanışları, doğmaları bir qırağa ailəsinin hər addımbaşı ona “fərsiz” deməsi, daha ona rahatlıq vermirdi. Yol boyu sürətlə irəliləyən ayaqları beyninin ixtiyarından çıxmışdı. Düşünürdü ki, doğma elindən, evindən nə qədər uzaqlaşsa, bir o qədər rahat olar. Elə bir ünvanı, elə bir hüdudu aşmaq istəyirdi ki, arxasınca yol alıb gələn “fərsiz” sözü onu daha tapmasın. Nə üçün “fərsiz” adını daşıdığı onun özünə də anlaşılmaz qalmışı. Axı o, hər işin öhtəsindən yaxşı gəlir və nə olsun ki, hər şeyin yerini səhv salırdı. Çox zaman özü belə adının “fərsiz” olduğuna inanırdı və kənddə kim onu “fərsiz” adı ilə çığırırdısa cəld çönüb baxırdı.

(davamı…)

May
15
2007
7:24 am
Bölmə:
Əməliyyat

Sahilə İbrahimovaQadın yalvarırdı. On dəqiqəlik görüş üçün ilan dili çıxarırdı. İri cüssəli gözətçi qadının yalvarışlarına öyrəncəli adamlar kimi “olmaz, olmaz” deyərək laqeyd-laqeyd ətrafına boylanırdı. İri, yaraşıqlı darvazanın açılması ilə qara rəngli “Mersedes”in içəri daxil olması o qədər surətlə baş verdi ki, qadın bu fürsətdən istifadə edərək sivişib içəri keçməyə belə macal tapmadı. O üzünü dəmir barmaqlıqlara söykəyərək bağırmağa başladı.

(davamı…)

May
1
2007
8:40 am
Bölmə:
Əməliyyat

Nahid Hacıyev***

Tarix: 20 oktyabr 2006-cı il.
Sükut çökmüş küçəni külək əsdikcə yarpaqların səsi pozurdu və bir də…
- Nəyə görə? – Oğlan gözləmədiyi sualın qarşısında təəccübünü gizlətmədən dilləndi.
Qız öz-özlüyündə qəbul etdiyi qərarın əslində doğru bir qərar olduğunu oğlana başa salmaq üçün cavab verdi:
- Qismət… Demək, belə olmalıymış.

(davamı…)

May
1
2007
8:38 am
Bölmə:
Əməliyyat

Sahilə İbrahimova And olsun Allaha ki, kimə bu əhvalatı danışsam, mənə inanmaz. Axı, kimin ağlına gələrdi ki, vur-tut beşinci sinif şagirdi olan qız uşağının “idman forması” adı ilə gəzdirdiyi polietilen torbanın içərisindəki idman paltarı yox, on min dollardır. Hiss etdim ki, dollar sözünü eşidən kimi maraq sizi bürüdü. Niyə də bürüməsin?! Dolların nəyə qadir olduğunu kim bilmir?

(davamı…)

May
1
2007
8:35 am
Bölmə:
Əməliyyat

Aslan Quliyev Ən çox ilk işini xatırlayırdı. On min dollara danışmışdı. Şəklini vermiş, harda işlədiyini, işdən saat neçədə çıxacağını demişdilər. Qapını açıb minəndə atəş açmışdı ona, tapançanı gicgahına söykəyib tətiyi çəkmişdi. Qurbanı fırlanmış, heyrət və qorxu dolu baxışlarını həyatında heç vaxt görmədiyi naməlum adama, qatilinə dikmiş, qapını buraxaraq, arxası üstə tozlu səkiyə yıxılmışdı. Nəydi adamın günahı, neyləmişdi, bilmədi, heç bilmək də istəmirdi. İşini görüb pulunu alırdı, vəssəlam.

(davamı…)

Aprel
15
2007
6:47 am
Bölmə:
Əməliyyat

Sahilə İbrahimovaMən bu vəzifəyə lapdan gəldim və hamını heyrətə gətirdim. Çünki hamı mənim zırrama olduğumu, iki eşşəyin arpasını bölə bilmədiyimi bilirdi. Amma bu mənim vecimə də deyildi. Məgər məmləkətimizdəki vəzifə sahiblərinin hamısı iki eşşəyin arpasını bölməyə qadirdirlərmi? Zırrama məmurlardan mən zırramanın nəyi əksikdir ki!? Bir odur ki, o zırramalar xüsusi tapşırıqlar, rüşvətlər hesabına vəzifəyə gəlmişdilər, amma mənim başıma “şahlıq quşu” qonmuşdu.

(davamı…)

Aprel
15
2007
6:46 am
Bölmə:
Əməliyyat

Bu müharibədə bir günahkar
var- erməni faşistləri!

Onlar “Qırmızı körpü” deyilən yerdə görüşməli idilər. Artıq bir-birlərini uzaqdan görmüşdülər. Gözlərini çəkmədən hər ikisi bir-birlərinə doğru sanki uçurdular. Hər ikisi həyəcandan titrəyirdi. Düz səkkiz il idi ki, bu görüşün həsrətində idilər. Düz səkkiz il idi ki, bu görüşün planını cızırdılar. Nəhayət… Nəhayət, qovuşmaq üçün ikicə addım qaldı. İkicə addım göz qırpımında onları bir- birinin ağuşuna atdı.

(davamı…)

Aprel
15
2007
6:45 am
Bölmə:
Əməliyyat

Elvin CabayHəsb-i hal;
Sevmək və Limonlu çay

Sevmək… Mənim sevməyim limonlu çay içməyimə bənzəyir. Bir dəfə bir yerdə limonlu çay içməyimi tərif edərkən, bunu vəhşicə həyata keçirtdiyimi demişdim. Vəhşicə, necə yəni nə mənada? Deyim; deməli, limonlu çay içərkən bir fincan çaya 1 dilim limon atmıram. Limonu ortadan kəsir, yarısını son damlasına qədər çaya sıxıram. Sonra da 3 qaşıq şəkər tozu əlavə edərək içirəm.

(davamı…)