Jurnal barədə ətraflı məlumat

''Bizimki'' ədəbi e-jurnalına xoş gəlmisiniz.

Gənclərin virtual ədəbi məkanı

Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, ayda iki dəfə, ayın əvvəli və ortası yeni nömrələrlə tanış ola bilərsiniz. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır.
"''Bizimki''də çap ol, bizimkilərdən ol!


Jurnalda dərc olunmaq istəyənlər üçün...

Elm sərvətdən daha qiymətlidir. Çünki sərvəti sən qoruyursan, halbuki elm səni qoruyur...
Hz. Əli (ə)
Azərbaycan diliTürkcəRusca Hörmətli ''Bizimki'' ədəbi e-jurnalı oxuyucuları, xoş gəlmisiniz. Bizimlə əlaqə saxlamaq, hər hansı əsər göndərmək, suallarınız, təklifləriniz, tənqidləriniz üçün bu mail ünvanına yaza bilərsiniz: admin@bizimki.org Bizimlə qalın, bizimkilərlə qalın...
Türkce
Dekabr
5
2006
7:33 am
Bölmə:
Əməliyyat
Tehran ƏlişanoğluƏdəbi internetin gəlişməsinə dair

Tənqid.net jurnalının 1-ci sayını 525-ci qəzetə aparanda Rəşad Məcid «Bizimki»dən xəbərli olub-olmadığımı sordu. Bacıoğlu Səmədin və həmkarlarının hünərindən təbəssümlə danışdı. «YeniSi.netə bənzətmisiz» dediyini dedi. Mənə xoş olsa da, çox da razılaşmadım, gənclərin təşəbbüsünü, məxsusən Gənclik vurğusunun ayrıca qabardılmasını bəyəndiyimi söylədim. Səmədi bacıoğlu kimi tanımasam da, saytımızın gənclər bölümündə vardı, yazılarından tanıyırdım (YeniSi-də təmsil olunanlar burda bircə anketin – ədəbi yazının keçdiyini yaxşı bilirlər).

(davamı…)

Avqust
1
2006
6:20 am
Bölmə:
Əməliyyat

Azadlıq Radiosu - İzBizimkilər Azadlıq radiosunun mədəniyyət verilişi olan “İz” proqramına qədəm qoyublar. Bizimkilər, Səməd Səfərov və Aysel Novruz qələmdən, e-jurnaldan, internetdən, dolmadan, qonorardan və s. söhbətləşiblər. Söhbətdən qısaca seçmələr oxuyub və əsasən mp3 versiyasını davamında dinləyin…

(davamı…)

İyul
15
2006
9:11 am
Bölmə:
Əməliyyat

Mətbuatda Bizimki“BİZİM AUDİTORİYAMIZ ƏSASƏN GƏNCLƏRDİR VƏ QAZANCIMIZ DA GƏNC ƏDƏBİYYAT ADAMLARINA KÖMƏK ETMƏK OLACAQ”

Artıq bir aydan artıqdır ki, gənclərin ədəbi elektron jurnalı olan “Bizimki” fəaliyyətə başlayıb. Gənc yazarları öz ətrafında toplayan www.bizimki.org ünvanlı bu elektron dərgi Səməd Səfərov və Həbib Müntəzirin ideyası ilə yaranıb. Dərginin artıq iki sayı işıq üzü görüb.

525-ci qəzet

(davamı…)